🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Hakan Fidan ABŞ-yə səfər edəcək

24.03.2025 11:25 22 baxış sayı 1 dəq. oxuma
Hakan Fidan ABŞ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Tramp administrasiyası dövründə ABŞ-yə ilk rəsmi səfərini edəcək.

Metbuat.az xəbər verir ki, bununla bağlı “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, nazir martın 25-26-da Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

Görüş zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar müzakirə olunacaq. Bu zaman terrorla mübarizə məsələsi də gündəmdə olacaq.

Həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasında Türkiyə ilə ABŞ arasında əməkdaşlığın təkmilləşdirilməsi də danışılacaq. Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik səylərini xatırladacaq, Türkiyənin atəşkəsə töhfə verməyə hazır olduğunu vurğulayacaq.

Paylaş: