
Hakan Fidan Azərbaycan Prezidentinə təşəkkür etdi

Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir.
Metbuat.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda cari beynəlxalq hadisələr barədə danışarkən deyib.
Nazir Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və ABŞ Lideri Donald Trampa təşəkkür edib.
Fidan hesab edir ki, Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağını gözləyir:
"Ermənistan-Azərbaycan arasında müqavilə yekunlaşan kimi biz Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq".
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Hakan Fidan Rusiya-Ukrayna görüşünün detallarını a...
Bugun.az

Hakan Fidan Yunanıstana getdi
Bugun.az

XİN Başçısı Hakan Fidan Lüksemburqda Rumıniyalı Hə...
Son Xeberler

Hakan Fidan təsdiqlədi -Gedəcək...
Bugun.az

Hakan Fidan Ukraynaya səfər edəcək
Bugun.az

Hakan Fidan Qətərə səfər edəcək
Bugun.az


