
Həcc ziyarətinin vaxtı elan olundu

Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.
Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.
"Hər birində 25 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.
V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: “Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub”.
Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.
Oxşar xəbərlər

Bu il Həcc ziyarəti olacaq? -
Son Xeberler

Azərbaycanlı zəvvarlara bəd xəbər:
Son Xeberler

"Səudiyyə Mars deyil ki, ora 10 minə gedəsən" - İl...
Bugun.az

Ermənistanda 3 günlük matəm elan olundu
Son Xeberler

Həcc ziyarətinə gedənlərə viza xəbərdarlığı
Bugun.az

Həcc mərasimində 1400 il sonra yeni qayda -
Son Xeberler