Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Həkimlər cərimələnir, bioloji aktiv qida məhsulu necə əldə ediləcək?

07.12.2024 05:25 163 baxış sayı 2 dəq. oxuma Metbuat
Həkimlər cərimələnir, bioloji aktiv qida məhsulu necə əldə ediləcək?

Azərbaycanda həkimlər üçün yeni cərimə məbləğləri tətbiq ediləcək.

Metbuat.az xəbər verir ki, reseptə dərman yerinə, bioloji aktiv qida məhsullarının yazan həkimlər üçün cərimələr 2 dəfədən çox artırılır. Bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.

Tibb üzrə elmlər doktoru, professor Adil Qeybullanın sözlərinə görə, bioloji aktiv qida məhsulları xəstələr üçün həkim təyinatına uyğun olaraq yazılır. Cərimənin tətbiq edilməsi isə xəstələrin tərkibində əks göstərişi olan qida əlavələrini qəbul etməsinə, nəticədə səhhətində xəstəlikdən əlavə ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Professor Adil Qeybulla onu da bildirib ki, vətəndaşların bioloji qida əlavələrini əldə edə bilmələri üçün qanunvericilikdə göstərişlər olmalıdır

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:


A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: