Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Həm nəticədən, həm də oyundan razı qaldım - Qurban Qurbanov

01.11.2024 19:25 161 baxış sayı 1 dəq. oxuma Metbuat
Həm nəticədən, həm də oyundan razı qaldım - Qurban Qurbanov

Həm nəticədən, həm də oyundan razı qaldım.

Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a qarşı Misli Premyer Liqasının XII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis maraqlı mübarizəyə görə hər iki komandanın futbolçularına təşəkkür edib:

"Həqiqətən çox maraqlı qarşılaşmaya şahidlik etdik. Bu cür oyunların sayı çox olsa, məncə futbolçuların hazırlıq səviyyəsi daha da yüksələr. Bu gün Tovuz şəhər stadionunda möhtəşəm ab-hava var idi. Düşünürəm ki, stadionda olan insanlar hər iki komandaya azarkeşlik edirdilər. Onlar maraqlı görüşə şahid olurdular. Bizim üçün vacib matç idi. Qalib gəlmək istəyirdik. Bununla belə 1 xalı aktivimizə yazdırdıq. Həm nəticədən, həm də oyundan razı qaldım".

Qeyd edək ki, XII turun görüşündə "Qarabağ" səfərdə "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: