
Hərbi qulluqçumuz özünü öldürdü

Dövlət Sərhəd Xidmətinin (DSX) bir əsgəri Qazax rayonunda özünü güllələyib. Bu kədərli hadisə DSX-nın Qazaxda yerləşən N saylı hərbi hissəsində baş verib. Hərbi hissə rayonun Daş Salahlı kəndində yerləşir. Həlak olan hərbi qulluqçu, 2001-ci il təvəllüdlü Ələkbərov Əkbər Rövşən oğlu idi.
Əsgər Ələkbərov xidmət vaxtı odlu silahdan özünə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Onun xidmət vaxtı intihar etməsi ilə bağlı dərhal cinayət işi açılıb.
İntihar edən DSX əsgəri Ə. Ələkbərov bu gün doğulduğu İsmayıllı rayonunda dəfn ediləcək. Hadisənin bütün səbəblərini müəyyən etmək üçün hazırda araşdırma aparılır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Tələbə özünü güllələyib öldürdü - FOTO
Bugun.az

İsrail HƏMAS-ın rəhbər şəxslərindən birini öldürdü
Bugun.az

Tovuzda dəhşətli qətl-intihar: Əvvəl həyat yoldaşı...
Azəri Xəbər

İsrail PUA Zərbəsi Livanda Hizbullah Komandirini Ö...
Son Xeberler

Böyük Britaniyada İlk Özünü İdarə Edən Avtomobil T...
Texnologiya xəbərləri

Əsədin devrilməsindən sonra Rusiyanın Suriyadan ge...
Son Xeberler


