
İlham Əliyev bu qanunu təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq ticarətlə bağlı bir qanunu təsdiqləyib. Bu addım ölkəmizin "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na rəsmi qoşulmasını bildirir. Milli Məclis əvvəlcə bu qanunu qəbul etmişdi. Azərbaycanın bu konvensiyaya daxil olması zəhərli və təhlükəli kimyəvi maddələrin mübadiləsi və hərəkətinin daha sərt beynəlxalq qaydalarla tənzimlənməsini təmin edəcəkdir.
Bu Konvensiya əsasən tərəflərə beynəlxalq ticarətdə müəyyən təhlükəli maddələrin daxil olub-olmaması barədə qərar vermək hüququ verir. Beləliklə, idxal edən ölkələr özləri üçün təhlükəli hesab etdikləri maddələrin idxalına icazə verməyə bilərlər. Adından da göründüyü kimi, bu mühüm sənəd 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanmışdı.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Prezident İlham Əliyev mühüm QANUN İMZALADI -
Son Xeberler

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Bugun.az

Azərbaycanda daha bir qanun ləğv edildi
Son Xeberler

Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
Son Xeberler

Prezident İlham Əliyev AzTV-yə müsahibə verdi
Son Xeberler

Prezident dövlət büdcəsini təsdiqlədi
Bugun.az


