İlham Əliyev Dövlət Başçıları Şurasının iclasında hərbi əməkdaşlıqdan danışdı
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı üzv ölkələr arasında hərbi əməkdaşlıqdan danışıb.
Metbuat.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib”.
Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirildiyini vurğulayan Prezident hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil almalarının qarşılıqlı etimadın və dostluğun göstəricisi olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Rusiyada Səfərdədir
Bugun.az
Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı ola...
Bugun.az
Prezident Bayraq Meydanında bayrağımızı ucaltdı
Xəbər Anı
Azərbaycan və Rusiya İkili Əlaqələri Müzakirə Edil...
Bugun.az
İlham Əliyev Vladimir Putinin açıqlamasını
Son Xeberler
İlham Əliyev Zəfər Parkında Olub
Son Xeberler