
İlham Əliyev Qarabağın inkişafı üçün səylərini səfərbər edib - Ərdoğan

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.
“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycan Prezidenti Özbəkistan Həmkarını Təbrik...
Bugun.az

İlham Əliyev və Ərdoğan iftar süfrəsində iştirak e...
Bugun.az

Ərdoğan Əliyevə zəng etdi
Bugun.az

İlham Əliyevlə Ərdoğan birgə şam etdilər -
Son Xeberler

Ərdoğan İlham Əliyevə zəng etdi -
Son Xeberler

İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanı...
Bugun.az