
İlham Əliyev Rumıniyanın dövlət başçısını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus Verner İohannisi təbrik edib.
Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Rumıniyanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız dövlətlərarası əlaqələrimizin dinamik inkişafını şərtləndirən amillərdəndir.
Hazırda bir sıra sahələrdə tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. İnanıram ki, Azərbaycan ilə Rumıniya arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvilərdə əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlham Əliyev Yaponiyanın baş nazirini təbrik etdi
Bugun.az

İlham Əliyev Vladimir Putini təbrik etdi
Bugun.az

İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini...
Bugun.az

İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini tə...
Azəri Xəbər

Azərbaycan Prezidenti Özbəkistan Həmkarını Təbrik...
Bugun.az

MM Prezidentə və xanımına təbrik məktubu ünvanladı
Bugun.az


