
İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi oldu

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
Metbuat.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi...
Bugun.az

İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatd...
Bugun.az

Si Cinpinin adından İlham Əliyevin şərəfinə rəsmi...
Bugun.az

İlham Əliyevin adından Almaniya Prezidentinin şərə...
Bugun.az

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarınd...
Azəri Xəbər

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri b...
Son Xeberler


