Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İlkin Süleymanovun vəkili saxlanıldı - FOTO

24.10.2025 10:22 12 baxış sayı 2 dəq. oxuma Metbuat
İlkin Süleymanovun vəkili saxlanıldı - FOTO

Gəncədə tanınmış vəkil Zabil Qəhrəmanov saxlanılıb. O, ötən gün Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə alınıb. Vəkilə qarşı irəli sürülən ittiham xuliqanlıqla bağlıdır. Onun avtoyuma məntəqəsində baş verən mübahisə zamanı bir şəxsə xəsarət yetirdiyi iddia edilir.


Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində bu hadisə ilə əlaqədar araşdırma aparılır. Məlumatlara görə, Z. Qəhrəmanov mübahisə etdiyi şəxsə fiziki zərər yetirmişdi. Xatırladaq ki, bu saxlanılmadan bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyəti onun vəkillik fəaliyyətini altı ay müddətinə dayandırmaq barədə qərar qəbul etmişdi.


Zabil Qəhrəmanovun ictimaiyyətə tanınması isə onun yüksək rezonans doğuran bir cinayət işində iştirakı ilə bağlıdır. O, Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun müdafiəçisi idi. Onun saxlanılması məhz bu yüksək maraq doğuran işə görə diqqət mərkəzindədir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: