🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

IMF Azərbaycanın İqtisadi Perspektivlərini Proqnozlaşdırdı

31.10.2024 23:25 31 baxış sayı 2 dəq. oxuma
IMF Azərbaycanın İqtisadi Perspektivlərini Proqnozlaşdırdı

Beynəlxalq Valyuta Fondu (IMF), Azərbaycanın iqtisadi göstəriciləri ilə bağlı yeni proqnozlar açıqladı.


IMF-in “Dəyişən geoiqtisadi landşaftda naviqasiya" adlı “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Yaxın Şərq və Mərkəzi Asiya" hesabatına əsasən, 2023-cü ildə 72,4 milyard ABŞ dolları olan Azərbaycanın nominal ÜDM-nin 2024-cü ildə 75,6 milyard ABŞ dollarına, 2025-ci ildə isə 77 milyard ABŞ dollarına qədər artacağı gözlənilir.


Hesabata görə, 2024-cü ildə Azərbaycanın ÜDM-nin real artımı 2023-cü ildəki 1,1 %-lə müqayisədə 3,2 % təşkil edəcək, 2025-ci ildə isə 2,5 %-dək azalacaq. Qeyri-neft sektorunda artımın 2024-cü ildə 4,8 %, 2025-ci ildə 3,8 % səviyyəsində olacağı (2023-cü ildəki 3,7 %-ə qarşı) gözlənilir. Eyni zamanda, neft sektoru üzrə ÜDM-də 2023-cü ildəki 4,2 %-lik azalma 2024-2025-ci illərdə 0,5 %-dək yavaşlayacaq.


IMF, Azərbaycanda dövlət və özəl investisiyaların tikinti və xidmət sektorlarına əhəmiyyətli təkan verəcəyini və bu sahələrin iqtisadi fəallıqda mühüm rol oynayacağını vurğulayır.


Proqnozlara görə, Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildəki 8,8 %-ə qarşı 2024-cü ildə 2,1 %, 2025-ci ildə 4,8 % olacağı gözlənilir.


IMF, Azərbaycanın neft ixracatı və xarici ticarətinin həcmi ilə bağlı da proqnozlar verib. Enerji qiymətlərinin aşağı düşməsi fonunda, neft ixracatçıları arasında xarici balansların azalacağı gözlənilir. Bununla belə, orta cari hesab profisiti bu il ÜDM-in 0,8 % həcmində qalacaq, ortamüddətli perspektivdə isə kəsirlə əvəzlənəcək.


IMF, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbətinin 20 %-i və ya ondan aşağı səviyyədə qalacağını və bunun da ölkənin sabit fiskal mövqeyindən xəbər verdiyini bildirir. Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbətinin 20,5 %, 2025-ci ildə isə 20,3 % olacağı gözlənilir.


Paylaş: