Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İmişlidə ağır qəza: Ölən və yaralı var - FOTO

22.11.2024 09:25 163 baxış sayı 1 dəq. oxuma Metbuat
İmişlidə ağır qəza: Ölən və yaralı var - FOTO

İmişlidə ölümlə nəticələnən yol qəzası olub.

Metbuat.az xəbər verir ki, İmişlidə minik avtomobilllərinin toqquşması ilə nəticələnən yol qəzasında bir nəfər ölüb bir nəfər xəsarət alıb.

Belə ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı İmişli rayonu Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil və İmişli rayonu Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub.

Qəza nəticəsində Əldursun İsayev ölüb, xəsarət alan Vüsal Qənbəralıyev isə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: