"İnanıram ki, COP29 doğru bir yol olacaq" - İsveçrə nümayəndəsi
Təmsil etdiyim təşkilatın nöqteyi-nəzərindən, siyasi səviyyədə gedən danışıqlara münasibətdə iqlim fəaliyyətinə nail olmaq üçün şəbəkə qurmaq və beynəlxalq standartların dəyərini nümayiş etdirmək üçün Bakıda keçirilən COP29-da olmaq çox vacibdir. İnanıram ki, COP29 doğru yol olacaq.
Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İsveçrənin Beynəlxalq Elektrotexniki Komissiyasının xarici əlaqələr mütəxəssisi Boris Inderbitzin deyib.
O qeyd edib ki, COP29-da nəzərəçarpan, operativ və həqiqətən də təsirli ambisiyalar ifadə olunur.
“Biz beynəlxalq təşkilatıq, elektrik enerjisi və elektrotexnika enerjisinə çıxış sahəsində beynəlxalq standartları inkişaf etdiririk. Elektrotexnika enerjiyə çıxış, elektrikləşdirmə, davamlılıq və iqlim fəaliyyətinin çox vacib hissəsidir. Bizim təşkilatımız dünya səviyyəsində qəbul edilən həllər əsasında iqlimlə bağlı fəaliyyətin qlobal səviyyədə həyata keçirilməsinə kömək etmək üçün standartlar hazırlamaq gücündədir”, - deyə o bildirib.
Oxşar xəbərlər
Azərbaycan COP29 Prezidenti Qırğızıstanın Nümayənd...
Bugun.az
COP29-da Pulsuz Xidmət Kimlərə Məxsusdur?
Bugun.az
COP29 Hazırlığına Görə Dəmiryol Xəttində Dəyişikli...
Bugun.az
Bu şəxslər metrodan PULSUZ istifadə edəcək
Xəbər Anı
Azərbaycan millisi böyük hesabla məğlub oldu
Bugun.az
Ekologiya Naziri Muxtar Babayev Fransalı Həmkarı i...
Bugun.az