
İrəvanın mərkəzində partlayış baş verdi

Ermənistanın paytaxtı İrəvanın mərkəzində partlayış baş verib.
Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Hadisə şahidləri bildiriblər ki, Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində “Toyota Sienna” markalı avtomobil partlayıb. İlkin məlumata görə, patlayışa səbəb avtomobilin yük yerində quraşdırılmış qaz balonu olub. Nəticədə, avtomobildə olan bir nəfər əcnəbi xəsarət alıb. Yoldan keçənlər onu yaralı halda maşından çıxarıblar.
Partlayış zamanı yaxınlıqdakı sərnişin avtobusuna da ziyan dəyib. Partlayış onun bir neçə pəncərəsini sındırıb. Amma sərnişinlərdən xəsarət alan olmayıb. Bundan başqa, üç avtomobilə də ziyan dəyib. Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.
Oxşar xəbərlər

İranda hava limanında partlayış baş verdi
Bugun.az

Nazirlik Gorandakı partlayış səslərinin səbəbini a...
Bugun.az

İtaliyada güclü partlayış baş verdi - Ölənlər var
Bugun.az

Grozni şəhərində yanacaqdoldurma məntəqəsində part...
Son Xeberler

Dəməşqdə baş verən güclü partlayış baş verdi-
Son Xeberler

SON DƏQİQƏ: Azərbaycanda güclü partlayış BAŞ VERDİ...
Son Xeberler