İşlər artıq tamamlanır - Bu evlərə sənəd verilə bilər
Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanmaq üzrədir.
Metbuat.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, valideynlərin sözlərinə görə, rəsmi qurumlara müraciət ediblər. Hələ ki nəticə yoxdur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin məlumatına görə, həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır və bununla bağlı normativ sənəd hazırlanır. Gələn il vətəndaşlar daha dəqiq məlumatlar alacaqlar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin böyük hissəsi əsasən paytaxt ərazisində yerləşir. Onlara isə müxtəlif səbəblərdən çıxarış verilmir.
Elnur Fərzəliyev bildirib ki, sənədsiz fərdi yaşayış evlərinin çıxarışla təmin olunması həm də bu evlərin ipoteka predmeti olmasına səbəb olacaq. Bu da aztəminatlı ailələrin də yararlanmasına şərait yaradacaq.
Əmlak eksperti onu da bildirib ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərində torpağın təyinatı dəyişdirildikdən sonra çıxarış verilə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
WhatsApp iPhone İstifadəçiləri Üçün Sənəd Tarama X...
Texnologiya xəbərləri
İri ticarət mərkəzləri və "Mall"larla bağlı AÇIQLA...
Son Xeberler
DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koro...
Son Xeberler
"Ağdam 2-3 ilə tam bərpa oluna bilər" -
Son Xeberler
"Peyvənd bu ilin sonuna hazır ola bilər"
Son Xeberler
Bu şəxslərin kreditin borcu silinəcək? -
Son Xeberler