İsrail ordusu Suriyada daha iki kəndi işğal etdi
İsrail ordusu Suriyanın Dera bölgəsində irəliləyib.
Metbuat.az xəbər verir ki, İsrail Deranın Yərmuk hövzəsindəki Cəmlə və Maaraba kəndlərini işğal edib. Bölgə sakinləri İsrailin ölkə ərazisini işğal etməsinə etiraz ediblər. Nümayişlər təşkil edən və Suriyanın yeni bayrağını açanetirazçılar, “Rədd ol İsrail” şüarları səsləndirib. Nümayiş zamanı İsrail qüvvələri yerləşdikləri təpələrdən kütləyə atəş açıb. İsrail ordusunun hücumu nəticəsində 1 nəfər yaralanıb.
İsrail ordusu yazılı açıqlamada Yərmuk hövzəsində işğala etiraz edən dinc əhaliyə atəş açdığını etiraf edib. Bəyanatda nümayişlər zamanı İsrail əsgərlərinin təhdid hiss etdiyi və suriyalı nümayişçilərdən birinin ayağından güllə yarası aldığı iddia edilib.
Oxşar xəbərlər
İsrailin Suriyaya Açıq Hücumu
Son Xeberler
İsrailin Gəncəlimi? 51 İldən Sonra Golan Təpələrin...
Son Xeberler
İsrailin Suriyəyə Qarşı Tarixinin Ən Böyük Hava Əm...
Son Xeberler
İsrail Ordusu Livanda Quru Əməliyyatına Başladı
Son Xeberler
İsrail Livana Yenidən Hücum Etdi: Haşim Safiyuddin...
Son Xeberler
İsrail Beyrutu Vurdu - Fotolar
Bugun.az