Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İsrailin hücumları zamanı Pezeşkian yaralanıb

13.07.2025 09:25 30 baxış sayı 1 dəq. oxuma Metbuat
İsrailin hücumları zamanı Pezeşkian yaralanıb

İran Prezidenti Məsud Pezeşkian İsrailin ötən ay İrana endirdiyi hava zərbələri zamanı ayağından yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Fars” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, iyunun 16-da ehrandakı binalardan birinin İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Elə bu vaxtda İsrail ordusu binanın giriş və çıxışlarına 6 ədəd raket zərbəsi endirib. Hücum nəticəsində iclas iştirakçılarının bəziləri, o cümlədən Prezident Pezeşkian təxliyə zamanı ayaqlarından yüngül xəsarət alıb.

Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlamışdı.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: