Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İsrailin zərbəsindən sonra siyasi məhbuslar geri qaytarıldı

08.08.2025 14:25 17 baxış sayı 2 dəq. oxuma Metbuat
İsrailin zərbəsindən sonra siyasi məhbuslar geri qaytarıldı

İsrailin Tehrandakı "Evin" həbsxanasına endirdiyi raket zərbəsindən sonra 600-dən çox siyasi məhbus yenidən "Evin" həbsxanasına qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mehdi Mahmoudian "Telegram" kanalında məlumat yayıb.

O bildirib ki, məhbuslar xəbərsiz şəkildə 7 və 8-ci korpuslara yerləşdirilib. Köçürülmə zamanı təhlükəsizlik əməkdaşları ölüm hökmü almış siyasi məhbusları digərlərindən ayırmağa çalışıb ki, bu da etirazlara və bir neçə fəalın döyülməsinə səbəb olub.

İran məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyi həbsxananın bəzi hissələrinin fəaliyyətini bərpa etdiyini təsdiqləyib, lakin köçürülən məhbusların sayı və şərait barədə açıqlama verməyib.

İsrailin raket zərbəsi nəticəsində 71 nəfər, o cümlədən mühafizəçilər, məhbuslar və ziyarətçilər həlak olub, həbsxananın bir neçə korpusu, tibbi məntəqəsi və görüş zalı dağıdılıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: