
"İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur" -Ərdoğan

Hazırda İstanbulda baş verən zəlzələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Səhiyyə Nazirliyi, ümumilikdə bütün dövlət qurumları təbii fəlakətlə bağlı hazırda gücləndirilmiş iş rejimində işləyir:
“Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Biz də prosesi çox yaxından izləyirik. Bütün dövlət qurumları fövqəladə hallara tam hazır vəziyyətdədir. Müvafiq şəxslərdən zəlzələ ilə bağlı son məlumatları almışam. Hələ ki narahatlıq doğuracaq bir vəziyyət yoxdur”.
Oxşar xəbərlər

Seysmoloji Xidmətdən daha bir zəlzələ açıqlaması
Bugun.az

Ərdoğan zəlzələ bölgəsinə gəldi
Son Xeberler

SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ oldu
Xəbər Anı

Türkiyədə 4.2 ballıq zəlzələ oldu
Son Xeberler

Xorvatiyada zəlzələ oldu
Son Xeberler

Silahlarını təslim etməkdən, ya da ölməkdən başqa...
Bugun.az