Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

01.12.2024 10:25 163 baxış sayı 1 dəq. oxuma Metbuat
IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır.

Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.

Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.

Günün ikinci yarısında, axşam saatlarında Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.

Rəsmi hissədən sonra tamaşaçılara Şəki Dövlət Dram Teatrının kollektivinin görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında hazırladığı tamaşa təqdim ediləcək.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: