🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

İyunun 2-də gözlənilən hava açıqlandı

01.06.2025 08:25 22 baxış sayı 2 dəq. oxuma
İyunun 2-də gözlənilən hava açıqlandı

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Metbuat.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36° isti° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Paylaş: