🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

​Kəbədə zəvvar sayına görə rekord qeydə alındı

10.03.2025 16:25 35 baxış sayı 2 dəq. oxuma
​Kəbədə zəvvar sayına görə rekord qeydə alındı

Kəbədə zəvvar sayına görə rekord qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bir gün ərzində Kəbəni 500 min zəvvar ziyarət edib. Bu barədə Səudiyyə Ərəbistanındakı Haramayn İşləri Rəyasət Heyəti açıqlama verib. Bildirilib ki, martın 7-də ümrə ziyarətində iştirak edən zəvvarların gündəlik sayı 500 min nəfərə çatıb. Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Məscidül-Həramın girişlərində yüksək texnologiyalı, həssas sensorlardan istifadə edilərək ümrə zəvvarlarının sayı anında izlənməyə başlanıb. Bu yeni texnologiya Həcc və ümrə ziyarətləri zamanı izdihamın idarə edilməsini optimallaşdırmaq, giriş və çıxış axınına nəzarət etməklə daha səmərəli marşrutu təmin etmək məqsədi daşıyır.

Bundan əlavə, qabaqcıl smart kameralar sayəsində giriş nöqtələrində hərəkət real vaxt rejimində izlənilir. Beləliklə, sıxlığı yüksək olan ərazilər tez bir zamanda müəyyən edilir və daha effektiv idarəetmə əldə edilir.

Paylaş: