
Kəmaləddin Heydərov onu vəzifəsindən azad etdi -Yeni təyinat

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi Bəxtiyar Kamil oğlu Qurbanov vəzifəsindən azad edilib.
Metbuat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Nazirin digər Əmri ilə həmin vəzifəyə Xəqani Həmzə oğlu Əzizov təyin edilib.
Qeyd edək ki, Bəxtiyar Qurbanov 2019-cu ildən sözügedən idarənin rəisi idi.
Xatırladaq ki, son iki ayda Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Etibar İsmayılov və Xidmət rəisinin birinci müavini - Qərargah rəisi general-mayor Raul Zeynalov vəzifələrindən azad edilib. Hər iki generalın vəzifəsinin icrası polkovnik Xaliq Hüseynova tapşırılıb.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Kəmaləddin Heydərov ona yüksək vəzifə verdi -FOTO
Bugun.az

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu işfə...
Bugun.az
Polis mayoru Emin Axundov vəzifəsindən azad edildi
Bugun.az

Kəmaləddin Heydərov xəsarət alanların son vəziyyət...
Bugun.az

Kəmaləddin Heydərov ona vəzifə verdi
Bugun.az

Polkovnik-leytenantant rəis təyin edildi - ƏMR
Bugun.az


