Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Klopp məşhur klubun məşqçisi ola bilər

01.10.2025 16:25 15 baxış sayı 1 dəq. oxuma Metbuat
Klopp məşhur klubun məşqçisi ola bilər

Səudiyyə Ərəbistanının "Əl İttihad" klubu uğursuz nəticələrdən sonra fransalı baş məşqçi Loran Blanla yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, klubun əsas namizədi Yurgen Kloppdur. Hazırda “Red Bull”un Qlobal Futbol Direktoru vəzifəsində çalışan Klopp “RB Leipzig”, “Red Bull Salzburg” və “New York Red Bulls” kimi klubların futbol strukturuna nəzarət edir. Bildirilir ki, Klopp “Əl İttihad”ın siyahısında yeganə namizəd deyil. Xavi Hernandes və Unai Emeri də namizədlər hesab olunur.

Məlumata görə, "Əl İttihad"ın hələlik müvəqqəti məşqçisi Həsən Xəlifə olacaq.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: