🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Kobaxidzedən ABŞ-nin Gürcüstanla bağlı qərarına REAKSİYA

01.12.2024 15:25 7 baxış sayı 2 dəq. oxuma
Kobaxidzedən ABŞ-nin Gürcüstanla bağlı qərarına REAKSİYA

ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq və ümid edirik ki, yeni admnistrasiya məsələyə yenidən baxacaq və ədalətli qərar qəbul edəcək.

Metbuat.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstan ilə strateji tərəfdaşlığı dayandırması ilə bağlı qərarını şərh edərkən söyləyib. Onun sözlərinə görə, ABŞ-nin hazırkı administrasiya D.Tramp admnistrasına mümkün qədər ağır miras qoymağa çalışır.

İ.Kobaxidze deyib: “Ağ evin hazırkı administrasiyası yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Ağ evin bu addımı prezident Salome Zurabişvilinin hakimiyyəti kimi müvəqqəti hadisədir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etdiyini bildirib. Bir qədər sonra isə ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.

Paylaş: