
“Köhnə Gəncə” ərazisində təmizlik işləri aparılır

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Köhnə Gəncə” hissəsində genişmiqyaslı təmizlik işlərinə başlanılıb. Dünya əhəmiyyətli bu arxeoloji abidənin ərazisi uzun illər ərzində məişət tullantıları ilə ciddi şəkildə çirkləndirilmişdi. Qoruğun bu hissəsi Orta əsrlərə aid Qədim Gəncənin qala divarlarının fərqli hissələrini, qala bürclərinin qalıqlarını, Comərdi Qəssab türbəsini və körpü qalıqlarını ehtiva edir.
Abidələrə aparan yolun kənarlarına böyük həcmdə məişət və təsərrüfat tullantıları atılmışdı. Bu vəziyyət tarixi abidələrin mövcudluğu üçün böyük təhlükə yaratdı. Ərazinin təmizlənməsi və bu cür mənfi halların qarşısının alınması məqsədilə dəfələrlə tədbirlər görüldü. Xəbərdarlıqlar edilsə də, bir müddət sonra, xüsusilə gecə saatlarında eyni hallar yenidən təkrarlandı.
Hazırda tarixi abidənin ərazisində aparılan təmizlik işləri zamanı xüsusi texnikalardan istifadə olunur. Təmizlik zamanı abidələrin yerləşdiyi sahələrə müdaxilə edilməməsi və mövcud mədəni təbəqələrin qorunub saxlanılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri də əraziyə dəvət edilib. İşlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur. Təmizlənmiş sahələrdə və abidələrin üzərində yeni məlumat lövhələri quraşdırılıb. Bütün işlər tamamlandıqdan sonra ərazidə arxeoloji tədqiqatların aparılması da planlaşdırılır.
Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bakının 551 küçəsi yuyulub
Bugun.az

Gəncədə baş verən yol qəzasında 3 nəfər xəsarət al...
Azəri Xəbər
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növ...
Azəri Xəbər

"Sədərək" Ticarət Mərkəzindən yeni
Son Xeberler

Gəncə sakini kəsici alətdən xəsarət alıb
Azəri Xəbər

Bu gün Bakının 549 küçəsi yuyulub
Bugun.az


