🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Köhnə telefon və noutbukları atmayın - Qızıl əldə edilir

30.06.2025 19:25 6 baxış sayı 2 dəq. oxuma
Köhnə telefon və noutbukları atmayın - Qızıl əldə edilir

Alimlər köhnə telefon və noutbuklardan qızıl əldə etməyin yolunu tapıblar.

Metbuat.az xəbər verir ki, alimlər bu problemi həll edə biləcək yeni texnika hazırlayıblar. “Nature Sustainability” jurnalında dərc edilən araşdırmaya görə, inkişaf etdirilən üsul sayəsində həm elektron tullantılardan, həm də filizdən daha təhlükəsiz və ekoloji cəhətdən təmiz şəkildə qızıl əldə etmək mümkün ola bilir. Elm adamları qızılın əldə edilməsində istifadə edilən və ekoloji cəhətdən zərərli olan siyanür və civəni əvəzləyə biləcək yeni üsul hazırlayıblar. Bu üsul, suyun təmizlənməsində və hovuzun təmizlənməsində istifadə olunan trikloroizosiyanurik turşu əsaslı kimyəvi maddədən ibarətdir.

Duzlu su ilə aktivləşdirilən bu kimyəvi maddə qızılı suda həll olunan formaya çevirir. Qeyd edək ki, 2022-ci ildə təxminən 62 milyon ton elektron tullantı olub. Bu tullantılara köhnə noutbuklar və mobil telefonlar kimi qızıl kimi qiymətli metallar olan qurğular daxildir. Ancaq bu tullantıların yalnız dörddə biri düzgün şəkildə təkrar emal edilib.

Paylaş: