"Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir" - Onnik Krikoryan
Konstitusiyaya Ermənistanda heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu erməni ekspert Onnik C. Krikoryan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" adlı konfrans çərçivəsində keçirilən "Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər" mövzulu paneldə onlayn çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir:
“Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Ermənistanın Baş naziri Konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir".
O. Krikoryan vurğulayıb ki, Nikol Paşinyanı bəyənməsə belə, onun bu prosesdə səmimi olduğunu düşünür.
Oxşar xəbərlər
Ermənistanda yoluxma sayı 92 mini ötdü
Son Xeberler
Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı
Son Xeberler
Ermənistanda bir günə 2241 nəfər yoluxdu
Son Xeberler
Ermənistanda bir günə 41 nəfər öldü
Son Xeberler
Ermənistanda daha 1042 nəfər yoluxdu
Son Xeberler
Ermənistanda günlük yoluxma 2 mini keçdi
Son Xeberler