Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Koreya Yarımadasında Gərginlik Artdı

11.10.2024 17:25 231 baxış sayı 1 dəq. oxuma Metbuat
Koreya Yarımadasında Gərginlik Artdı

Şimali Koreya, Cənubi Koreyanın ötən həftə Pxenyan üzərinə üç dəfə pilotsuz uçan aparat göndərdiyini iddia edib.


Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu addım Cənubi Koreya tərəfindən hərbi təxribat və suverenliyin pozulması kimi qiymətləndirilir.


Bəyanatda vurğulanır ki, bu hərəkət beynəlxalq hüququn açıq və ciddi şəkildə pozulmasıdır. Cənubi Koreyanın silahlı münaqişəyə səbəb ola biləcək belə təhlükəli təxribata dərhal son qoyması tələb olunur.


Cənubi Koreyanın Baş Qərargahı Pxenyanın iddialarını rədd edərək, heç bir pilotsuz uçuş aparatının göndərilmədiyini bildirib.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: