Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Kosmik gəmi Aya enişini başa çatdırdı

06.03.2025 23:25 107 baxış sayı 1 dəq. oxuma Metbuat
Kosmik gəmi Aya enişini başa çatdırdı

ABŞ-ın özəl “Intuitive Machines” şirkətinə məxsus kosmik gəmi Aya enişini başa çatdırıb.

Metbuat.az xəbər verir ki, şirkət "IM-2" missiyası çərçivəsində orbitə buraxılan "Athena" adlı kosmik gəminin planlaşdırıldığı kimi Aya eniş etdiyini açıqlayıb. Bildirilir ki, missiyanın məqsədi Ayın cənub qütbünü araşdırmaqdır. Məlumata görə, “Athena rover” Ayın cənub qütbündə araşdırma aparmaq üçün buz qazma aparatı, dron və iki rover daşıyır.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin məlumatına görə, “Athena rover”in aparacağı təcrübələr astronavtların Aya qayıtmasında mühüm rol oynayacaq.

Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: