Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Kürdə batan 13 yaşlı qızın meyiti tapıldı - FOTO

02.01.2025 10:25 135 baxış sayı 1 dəq. oxuma Metbuat
Kürdə batan 13 yaşlı qızın meyiti tapıldı - FOTO

Bir neçə gün əvvəl Kür çayında batdığı ehtimal edilən Zərdabın Əlvənd kənd sakini 13 yaşlı qızın meyiti tapılıb.

Metbuat.azx xəbər verir ki, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən sudan tapılaraq çıxardılıb.

Xatırladaq ki, dekabrın 24-də Kür çayının Zərdab rayonunun Əlvənd kəndi ərazisindən keçən hissəsində 8-ci sinif şagirdinin batması ehtimal edilirdi. Azyaşlının atasının sözlərinə görə, səhər saatlarında qızı məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə getməyib. Sonradan onun çantasının Kür çayının kənarından aşkar edilməsi, onun çayda batması ehtimalını artırıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: