Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib.
Metbuat.az-ın məlumatına görə, Leyla Əliyeva Ruanda kütləvi qətliamının qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Kiqali Soyqırımı Memorialına əklil qoyub, burada nümayiş etdirilən sənədlər və materiallarla tanış olub.
Bildirilib ki, 2004-cü ildən fəaliyyət göstərən memorial 1994-cü ildə ruandalıların üzləşdiyi soyqırımının qurbanlarının xatirəsini yaşatmaq, dəhşətli reallıqlara işıq salmaq və faciənin tanıdılması istiqamətində böyük rol oynayır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində 1992-ci ildə Xocalıda törədilən faciənin dünyada tanıdılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Soyqırımı kimi cinayətlərin dünyada təkrarlanmaması üçün törədilən faciələrin beynəlxalq miqyasda tanıdılmasının, ədalətin bərqərar olmasının vacibliyi qeyd edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva Təbiət Tarix Muzeyini Ziyarət Etdi
Bugun.az
Leyla Əliyeva Qəbələdə: Gözəllik və Dayanıqlı İnki...
Bugun.az
Leyla Əliyeva Azərbaycan Memarlar İttifaqındakı gö...
Bugun.az
Prezident "Ana harayı" abidəsini ziyarət etdi
Son Xeberler
Mehriban Əliyeva Laçın üçün oxudu -
Son Xeberler
Leyla Əliyeva Ali Baş Komandana şeir həsr etdi
Son Xeberler