Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Leyla Əliyeva konsertdə iştirak etdi -FOTOLAR

15.11.2025 09:32 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Leyla Əliyeva konsertdə iştirak etdi -FOTOLAR

Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış etdi. Mədəniyyət tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edirdi. Səhnədə ona oğlu Plasido Dominqo Jr. (Placido Domingo Jr) yoldaşlıq edib.


Gecənin digər ifaçıları sırasında Xalq artisti Yusif Eyvazov, Əməkdar artist Afaq Abbasova və isveçrəli opera müğənnisi Daria Rıbak (Daria Rybak) yer alırdı. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrini tanınmış italiyalı dirijor Françesko İvan Çampa (Francesco Ivan Ciampa) idarə etdi. Konsertin proqramında C. Puççini, C. Verdi və P. Maskani kimi dünya klassiklərinin əsərləri səsləndirildi.


Sürpriz olaraq, Plasido Dominqo Azərbaycan tamaşaçıları üçün xüsusi bir jest etdi. Əfsanəvi müğənni və gecənin digər solistləri birlikdə “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etdilər. Bu, Dominqonun Azərbaycan bəstəkarlığına ilk müraciəti deyil. Məsələn, 2010-cu ildə o, Ümummilli Lider Heydər Əliyevin 87-ci ildönümü mərasimində Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını da oxumuşdu.


R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: