Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Leyla Əliyeva və Arzu Əliyeva park açılışında iştirak etdi

29.10.2025 08:03 12 baxış sayı 2 dəq. oxuma Metbuat
Leyla Əliyeva və Arzu Əliyeva park açılışında iştirak etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər. Bu tədbir çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olundu. Ərazidə iqlimə və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv kimi fidanlar əkildi. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış oldular.


Açılış zamanı ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək üçün əhəmiyyətli tədbirlər həyata keçirildi. Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş təbii mühitə buraxılıb. Bu quşlara 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs daxil idi. Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimi çərçivəsində Əyriçaya balıq buraxılması tədbirində də iştirak etdilər. Ümumilikdə 20 min balıq su hövzəsinə buraxıldı; buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aid idi.


Qeyd edək ki, Axar-Baxar Milli Parkı Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə yaradılıb. Yeni Milli Parkın yaradılmasının əsas məqsədi xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini təmin etməkdir. Parkın fəaliyyəti biomüxtəlifliyin qorunub saxlanılmasına, ətraf mühitin dayanıqlı idarə olunmasına kömək edəcək. Eyni zamanda, o, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafı üçün zəmin yaratmaq məqsədilə yaradılıb.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: