
Londonda ofisi qazıb "Roma"ya çatdılar

Londonun mərkəzindəki ofis binasında aparılan qazıntılar şəhərin Roma dövrünə aid ən böyük kəşfini üzə çıxarıb.
Metbuat.az xəbər verir ki, arxeoloqlar Roma Londonuna aid ilk bazilikanın qalıqlarını aşkar ediblər. Təxminən 2 min illik bu tikili qədim dövrlərdə siyasi, iqtisadi və inzibati qərarların qəbul edildiyi mühüm mərkəz kimi istifadə edilib. Qazıntılar zamanı bazilikanın daş divarları və memarlıq elementləri üzə çıxarılıb. Quruluşun təxminən iki yarım mərtəbəli olduğu təxmin edilir. Arxeoloqların fikrincə, bu tapıntı Londonun Roma dövründəki urbanizasiya prosesini və paytaxt kimi formalaşmasını müəyyən edir. Bu mühüm kəşf layihə sahiblərini planlarını dəyişməyə məcbur edib.
Yeni layihəyə əsasən, Roma xarabalıqları qorunub ictimaiyyətə açıq şəkildə nümayiş etdiriləcək.
Oxşar xəbərlər

Qarabağ Londonda Tottenhem ilə qarşılaşacaq - Avro...
Son Xeberler

İtalyan Nəhənginin Yeni Baş Məşqçisi Ola bilər
Son Xeberler

Londonda fövqəladə vəziyyət rejimi elan edilib
Son Xeberler

Dibala "Qalatasaray"ın təklifinə cavab verdi
Bugun.az

Roma Papasının səhhəti pisləşdi
Bugun.az

Nazarbayevin qalmaqallı nəvəsi Londonda öldü
Son Xeberler