
Madrid klubu "Barselona"nın ulduzuna elçi düşdü

“Barselona”nın ulduz futbolçusu Robert Levandovski bu mövsümün sonunda klubu tərk etmək ehtimalı ilə gündəmə gəlib. Məhz bu səbəbdən, Madrid təmsilçisi "Atletiko Madrid" klubu polyak hücumçunun xidmətlərində ciddi maraqlıdır. Məlumatlara görə, Madrid klubu futbolçunu mövsüm bitən kimi transfer etmək istəyir.
Hazırda Levandovskinin “Barselona” ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Lakin yayılan iddialara görə, Kataloniya nəhəngi futbolçunun xidmətində maraqlı deyil və onun komandadan ayrılmasına etiraz etməyəcək. Bu vəziyyət "Atletiko"nun transfer cəhdlərini asanlaşdıra bilər.
Kütləvi informasiya vasitələri yazır ki, Levandovskinin Səudiyyə Ərəbistanı klublarından da təkliflər aldığı bildirilir. Buna baxmayaraq, onun Avropada qalmaq və karyerasını burada davam etdirmək istədiyi irəli sürülüb. Bu səbəbdən "Atletiko Madrid" variantı onun üçün prioritet ola bilər.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

La Liqada "El Klasiko"nun qalibi müəyyənləşib
Azəri Xəbər

Ulduz futbolçu "Barselona"dan ayrıldı
Bugun.az

"Real Madrid" - "Barselona" matçı dava ilə yekunla...
Azəri Xəbər

Mbappe ardıcıl 4 “El Klassiko”da qol vuran üçüncü...
Azəri Xəbər

“Barselona” və “Atletiko” qələbə qazandı
Bugun.az


