
Magistratura üzrə boş qalan plan yerlərə müsabiqənin nəticələri elan olundu

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.
Bu barədə Metbuat.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: https://eservices.dim.gov.az/ejurnal).
Qəbul olunan şəxslər 21 – 28 avqust (saat 18:00‑dək) tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Oxşar xəbərlər

DİM-dən magistrlara
Son Xeberler

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsin...
Edumap.az Təhsil Portalı

Dövlət Sifarişli Yerlərə Əlavə Müsabiqə: 1481 Tələ...
Son Xeberler

MİQ imtahanının qaydaları açıqlandı
Bugun.az

Magistr yerləri niyə boş qaldı?
Bugun.az

Peşə məktəblərinə qəbulun birinci mərhələsinin nət...
Bugun.az