Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Masazır və Zabratı su basdı - VİDEO

16.04.2025 18:25 64 baxış sayı 1 dəq. oxuma Metbuat
Masazır və Zabratı su basdı - VİDEO

Sabunçu rayonu, Zabrat yolunda avtomobillər suyun içində qalıb.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, yola yığılan su nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olub. Həmçinin maşınların qeydiyyat nömrə nişanları da düşərək itib.

"Altı ilə yaxındır ki, Sabunçuda yaşayıram. Yağış yağanda vəziyyət həmişə belə olur. Maşınımın nömrəsi itib, bir saatdan çoxdur ki, nömrə axtarıram, hələ də tapa bilmirəm", - zərərçəkən sürücü deyib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem aradan qaldırılmaqdadır, hazırda ərazinin sulardan təmizlənməsi işləri görülür.


E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: