
Mbappenin yanına 100 milyonluq hücumçu - "Real" ulduz futbolçunu transfer edir

Hücum xəttini gücləndirmək istəyən "Real Madrid" yeni transfer üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Real” Viktor Qyokeresi transfer etmək istəyir. Bildirilir ki, məşqçi Karlo Ançelotti hücum xəttində daha çox alternativə sahib olmaq üçün yeni hücumçunun transfer edilməsi barədə təlimat verib. “Real”ın hücumçu üçün 100 milyon avroluq büdcə ayırdığı deyilir. İspaniya mətbuatının yazdığına görə, “Real Madrid” rəhbərliyi investisiya kimi gördükləri üçün bu transferə böyük büdcə ayırıb.
Qeyd edək ki, Viktor Qyokeres bu mövsüm göstərdiyi performansla Avropanın ən çox müzakirə edilən istedadlarından biridir. Futbolçu ilə Avropanın bir sıra nəhəng klublarının maraqlandığı irəli sürülür.
Oxşar xəbərlər

"Real" ulduz futbolçunu göndərir - 100 milyonluq t...
Bugun.az

"Real" məşhur futbolçunu transfer etmək istəyir
Bugun.az

"Bayer Leverkusen" Florian Wirtz üçün Fantastik Qi...
Son Xeberler

Mbappe “Real”a getdiyinə görə peşman olub? - “Bu k...
Bugun.az

"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, A...
Bugun.az

Vinisiusun transfer qiyməti açıqlandı - Onu istəyə...
Bugun.az