Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mədəniyyət Nazirliyi Cabir İmanovla bağlı nekroloq yaydı

29.09.2025 12:25 47 baxış sayı 2 dəq. oxuma Metbuat
Mədəniyyət Nazirliyi Cabir İmanovla bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı nekroloq yayıb.

Metbuat.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.

Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin".

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: