Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Medvedev generalın ölümünə görə Ukraynanı ittiham etdi

17.12.2024 10:25 133 baxış sayı 1 dəq. oxuma Metbuat
Medvedev generalın ölümünə görə Ukraynanı ittiham etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev general-leytenant İqor Kirillovun ölümündə Ukrayna rəhbərliyini ittiham edib.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Medvedev bu bəyanatı Ukraynanın hərbi-siyasi rəhbərliyinə qarşı sərt ifadələrlə səsləndirib. O, misilsiz qisas alınacağı barədə Ukraynaya xəbərdarlıq edib.

Xatırladaq ki, Fransanın AFP və Reuters agentlikləri mənbələrinə istinadən İqor Kirillovun Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürüldüyünü yazıb. O, Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi vəzifəsində çalışırdı.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: