
Məhkəmə Əvəz Zeynallı barədə qərar verdi

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Metbuat.az APA-ya istnadən xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.
Vəkil Rəşad Əliyev bildirib ki, müvəkkilinin xəstəliyi ilə əlaqədar ətraflı müayinəsi aparılıb, xərçəng diaqnozu təsdiqini tapıb.
Digər vəkil Fəxrəddin Mehdiyev də müvəkkilinin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, prosesin uzadılmamasını və bu gün qərar verilməsini xahiş edib.
Əvəz Zeynallı isə xəstəliyi barədə danışaraq bildirib ki, hər anın öz hökmü var.
Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhadətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə. Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək. Qeyd olunub ki, tibbi şahadətləndirilmənin aparılması Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə tapşırılacaq. Müayinə ixtisaslaşdırılmış ekspertlər tərəfindən aparılacaq. Şahadətləndirilmə 1 ay ərzində həyata keçiriləcək.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.
Oxşar xəbərlər

Əvəz Zeynallının cəzası azaldıldı - QƏRAR
Bugun.az

SON DƏQİQƏ: Kamil Zeynallı yenidən saxlanıldı
Son Xeberler

Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi -
Son Xeberler

Məhkəmə Qiyas İbrahimovla bağlı qərar verdi Nizam...
Son Xeberler

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
SON Xəbər

Kamil Zeynallı iki medalla təltif edildi - FOTO
Son Xeberler