
Məktəblər gec başlayacaq? -Nazirlik açıqlama verdi

“Formula -1” yarışları ilə əlaqədar məktəblərin daha gec – sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır.
Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-26-cı tədris ilinin başlamasına təsadüf edən “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:
“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı “Formula-1″ Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Nazirlik: Müəllimlər spirt almağa məcbur edilə bil...
Son Xeberler
Azərbaycandakı rusdilli məktəblər bağlanır
Bugun.az
Mədəniyyət Nazirliyi bəzi media resurslarında yayı...
Azəri Xəbər

MSB Rəsmi Açıqlama Yaydı: Yük Təyyarəsi Qəzaya Uğr...
Son Xeberler

Moskvada məktəblər açılır
Son Xeberler

Zəngilan rayonunun təhsil statistikası açıqlandı
Son Xeberler


