Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məktəbli forması ilə bağlı rəsmi açıqlama

11.08.2025 09:25 13 baxış sayı 1 dəq. oxuma Metbuat
Məktəbli forması ilə bağlı rəsmi açıqlama

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq olunur".

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

"Valideynlər, xüsusilə övladları birinci sinfə başlayanlar məktəbli forması barədə ətraflı məlumatı Agentliyin və yerli bölmələrinin çağrı mərkəzlərindən, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən əldə edə bilərlər" , - qeyd olunub.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: