
Mərkəzi Bankın sədrindən YENİ QƏRAR

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nda dəyişikliklər edib.
Metbuat.az xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburi ehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarında iştirak edə biləcək. İndiyə qədər valyuta hərraclarına qatılmaq üçün sözügedən tələbin pozulmaması şərt kimi qoyulmuşdu.
AMB-nin Hüquq və təşkilati işlər departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər

Mərkəzi Bank Dolların Kursunu Açıqladı
Son Xeberler

Mərkəzi Bankın valyuta ehtiyatları azaldı
Bugun.az

Mərkəzi Bank qərar verdi
Son Xeberler

Azərbaycanda bu bankda KÜTLƏVİ YOLUXMA -
Son Xeberler

Sosial müavinət alanlara-ŞAD XƏBƏR!
Son Xeberler

Mərkəzi Bank Şuşada nümayəndəlik açacaq
Son Xeberler