Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məşhur nəşr “Kənd həyatı”nın Əzizə xanımından yazdı

27.10.2024 11:25 218 baxış sayı 1 dəq. oxuma Metbuat
Məşhur nəşr “Kənd həyatı”nın Əzizə xanımından yazdı

Britaniyanın məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan və öz yemək videoları ilə tanınan Əzizə Rəmixanova haqqında məqalə dərc edib.

Metbuat.az xəbər verir ki, yazıda Əzizə xanımın 7 milyona yaxın abunəçisi olan “Kənd həyatı” adlı YouTube kanalının iki milyard baxış topladığı vurğulanıb. Həmçinin, 25 dəqiqədən artıq olan hər buraxılışın izləyicilərini yormadığı qeyd edilib, paylaşılan müsbət rəylərdən nümunələr təqdim olunub.

Əzizə xanımın hazırladığı yeməklər təkcə Azərbaycanda deyil, dünya üzrə geniş maraqla izlənilir. Onun London, Sidney, Yekaterinburq və Kiyev kimi şəhərlərdən izləyiciləri olduğu məqalədə qeyd edilib.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: