
Metroda bədbəxt hadisə baş verdi

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin yüzərinə düşüb.
Bu barədə Metbuat.az-a Bakı Metropoliteni QSC-dən bildirilib.
İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.
Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və əraziyə təcili tibbi yardım xidməti çağırılıb.
Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Araşdırma aparılır, ətraflı məlumat təqdim ediləcək.
Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda metroda ölüm hadisəsi baş verdi
Bugun.az
Şəmkir bədbəxt HADİSƏ: avtomobilin təkərini dəyişə...
Azəri Xəbər

AzTv-nin binasında bədbəxt hadisə:
Son Xeberler

Bakı metrosunda sərnişin ölüb
Azəri Xəbər
Abşeronda yıxılaraq başından zədə alan 66 yaşlı qa...
Azəri Xəbər

Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə:
Son Xeberler


