Meydan TV əməkdaşları hakim qarşısına çıxarıldı -FOTO
"Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılır.
Metbuat.az report-a istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə ayrı-ayrılıqda qətimkanla bağlı təqdimatlara baxılır.
İndiyə qədər Aysel Umudova və Aytac Əhmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda digərləri barəsində də təqdimatlara baxılır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməsi ilə bağlı daxil olan məlumat əsasında saxlanıldığını bildirib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Meydan TV əməkdaşları hakim qarşısına çıxarıldı -Y...
Bugun.az
Bakıda tiktoker hakim qarşısına çıxarıldı - FOTO
Bugun.az
Qarabağ Futbolçusu Millinin Heyətindən Çıxarıldı
Bugun.az
İşğaldan azad olunmuş rayonlarda meydançalar salın...
Son Xeberler
Aynişanı görənlər TANIMADI -
Son Xeberler
Əhmədin Məhkəməsi Bitdi: Məcburi Müalicə
Bugun.az